Hollivudun məşhur aktyoru dünyasını dəyişdi

Dünən Amerikanın əfsanəvi aktyorlarından biri olan 82 yaşlı Bert Reynolds Florida şəhərində dünyasını dəyişdi. “The Hollywood reporter” nəşrinin yaydığı məlumata görə, məşhur aktyor ürək çatışmazlığından vəfat edib. Nəzərinizə çatdıraq ki, Bert Reynolds “Bugi tərzində gecələr“, “Striptiz“, “Smoki və quldur“, “Əvvəldən başlamaq“ kimi məşhur filmlərdə rol alıb. Aktyor bu ilin may ayında Kventin Tarantinonun lentə aldığı “Bir dəfə Hollivudda” filminə çəkilməli idi.

Dalga TV © 2017