"Hellboy" 2019-cu ildə ekranlarda olacaq

“Hellboy“ obrazının yaradıcısı olan Mayk Minyola komiks sevənlərə şad xəbər verib. Onun dediyinə görə, yeni çəkiləcək “Hellboy” filminin istər effektləri, istərsə də sujet xətti digər “Hellboy” filmlərindən kifayət qədər fərqlənəcək. Film Hellboyun Böyük Britaniyaya səfərindən və orada Nimue adlı düşmənlə mübarizəsindən bəhs edir. Filmdə Milla Yovoviş, Sofi Okonedo, Brayan Qlison və başqaları çəkiliblər. ”Hellboy” filminin premyerası 2019-cu ilin yanvar ayının 10-na planlaşdırılır.

Dalga TV © 2017