
“The Mirror” nəşrinin yaydığı məlumata görə, məşhur
aktrisa Helena Bonem Karter yeni çəkilən “007” filmində rol alacaq. Deyilənə
görə, aktrisa bu filmdə mənfi obrazı canlandıracaq. Əslində prodüserlər bu
rolda öncədən Ancelina Colini görürdülər. Sonradan müəyyən səbəblərə görə, onlar fikirlərini dəyişdilər. Hazırda filmin kastinqi sona çatmaq üzrədir.
Əgər işlər planlaşdırıldığı kimi getsə, filmin premyerası 2019-cu ilin noyabr
ayının 8-də baş tutacaq.