Harli Kvinn haqqında 3 film birdən

Baş rolda Harli Kvinn obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən Marqo Robbi “DC” və “Warner Bros” studiyalarının lentə alacağı yeni filmə çəkiləcək. Nəzərinizə çatdıraq ki, filmin adı “Vəhşi quşlar” olacaq. Studiya prodüserləri hazırda Marqo Robbi ilə danışıqlar aparırlar. Onlar məşhur aktrisanın 3 filmin üçündə də baş rolda oynamasını istəyirlər. Harli Kvinn obrazı isə ilk dəfə “Özünüməhv dəstəsi” filmində ekranlarda görünmüşdü. “Vəhşi quşlar” filminin premyerası 2020-ci ilin fevral ayının 7-də olacaq.

Dalga TV © 2017