Hans Zimmer sözünə sadiq çıxmadı

Dünyaca popular və bir çox blokbasterlərin bəstəkarı Hans Zimmer 2016-ci il mart ayının 31-də demişdi ki, mən artıq super qəhrəmanlardan ibarət filmlərə musiqi bəstələməyəcəm. Bu istəyinin səbəbini isə Zak Snayderin “Betmen supermenə qarşı” filmində işlərin həddən artıq ağır olduğuna bağlamışdı. Amma Zimmerin verdiyi sözün üstündən 2 il keçəndən sonra, yəni 2018-ci ildə xəbər çıxdı ki, Hans Zimmer “Qara feniks” filminin bəstəkarı olacaq. Düzdü, Zimmer bu iki ildə super qəhrəmanlardan ibarət filmlərə mahnılar bəstələməsə də, onun musiqilərini siz bu il “Oskar” mükafatına namizəd olmuş “Südəmər boss” çizgi filmində və başqa filmlərdə eşidə bilərsiniz . 

Dalga TV © 2017