Gilyermo del Toro yenə qazandı

Dünən gecə “Amerika Rejissorlar Gildiyası” yəni, “DGA” 70-ci dəfə mükafatlandırma mərasimi keçirdi. “DGA” mükafatı uğrunda Gilyermo del Toro, Kristofer Nolan, Martin MakDona kimi məşhur rejissorlar mübarizə aparırdılar. Bu mübarizənin qalibi isə Gilyermo Del Toronun “Suyun şəkli” filmi oldu. Gecənin aparıcı isə Cadd Apatou idi. Əgər “Suyun şəkli“ filmi “Oskar” mükafatını da qazansa, ən çox mükafat alan filmlər siyahısında öz yerini alacaq. Nəzərinizə çatdıraq ki, “Oskar” mükafatlandırma mərasimi mart ayının 4-də Los-Anceles şəhərinin “Kodak” teatrında keçiriləcək.

Dalga TV © 2017