"Gəzən ölülər"in filmi gəlir

“Gəzən ölülər” serialının baş qəhrəmanlarından biri olan Rik rolu ilə tamaşaçıların sevimlisinə çevirilən Endryu Linkoln serialın film versiyasında rol alacaq. Nəzərinizə çatdıraq ki, “AMC” kanalı “Gəzən ölülər” filmində Rik obrazını genişləndirərək, obrazın həyatı barədə film lentə almağı planlaşdırır. Filmin çəkilişləri 2019-cu ildə başlayacaq.

Dalga TV © 2017