
Milyonlarla
tamaşaçı kütləsinin rəğbətini qazanan, birinci sezonu ilə reytinqləri alt-üst
edən “AMC” şirkətinin istehsal etdiyi “Gəzən ölülər” serialında dəyişikliklər olacağı gözlənilir. “Collider” nəşrinin yaydığı məlumata görə, serialın baş qəhrəmanı
olan Rik Qreyms rolunu canlandıran aktyor Endryu Linkoln 9-cu sezondan sonra
serialdan ayrılacağını açıqlayıb. Prodüserlər düşünürlər ki, əgər serial 10-cu
sezona qədər davam etsə, baş rol ifaçısı Deril Dikson olsun. Deril obrazını
canlandıran aktyor isə Norman Ridusdur.