"Gəzən ölülər" serialının aktyoru dünyasını dəyişdi

“Gəzən ölülər” serialında ən bəyənilən obrazlardan biri olan Herşel Qrini canlandıran peşəkar aktyor Skott Uilson 76 yaşında dünyasını dəyişdi. Karyerası ərzində aktyor bir neçə populyar filmlərdə çəkilib. Skott Uilsonun filmoqrafiyasına nəzər salsaq, görərik ki, o, “Gecəyarısı yanğı“, “Soyuqqanlı”, “Dahi Getsbi”, “Ölü gəlir”, “Pörl Harbor” və s. filmlərdə rol alıb. “9-cu konfiqurasiya” filminə görə isə aktyor “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Dalga TV © 2017