
“Oblivion”
filminin peşəkar rejissoru olan Cosef Krasinskinin əfsanəvi filmlərdən biri “Ən
yaxşı atıcı 2” filmini gözləyən tamaşaçılar kifayət qədərdir. Nəzərinizə çatdıraq ki, aktyor heyətinə
daha bir gənc əlavə olundu. Maylz Teller birinci hissədə dünyasını dəyişmiş
leytenant Nik Bredşounun oğlu rolunu canlandıracaq. Filmin baş rollarında Tom
Kruz, Cennifer Konelli, Ed Harris və başqaları oynayıblar. Filmin premyerası isə
2020-ci ilin iyun ayının 26-da olacaq.