"Forsaj"ın ssenari müəllifi dəyişdi

“Forsaj” filmlərinin tamaşaçıları Kris Morqanı çox yaxşı tanıyırlar. Bu şəxs “Tokyo Drift"indən tutmuş bütün "Forsaj" filmlərinin ssenari müəllifidir. Açıqlanmayan səbəbə görə, bir neçə gün bundan öncə prodüserlər Kris Morqanı Deniel Keysi ilə əvəz etdilər. Nəzərinizə çatdıraq ki, bir neçə aydan sonra “Forsaj” filminin 9-cu hissəsinin çəkilişlərinə start veriləcək. Rejissorluq kürsüsündə isə Castin Lin əyləşəcək.

Dalga TV © 2017