
“Omega Underground”
şirkətinin yaydığı məlumata görə, “Forsaj“ filminin baş qəhrəmanlarından
olan “Xobbs və Şou” haqqında film çəkiləcək. Bu film bir növ “Forsaj” filminin
davamı kimi olacaq. Amma baş rollarda Dueyn Conson və Ceyson Stethem
oynayacaqlar. Filmin rejissorluq kürsüsü Devid Litçə həvalə olunub. “Forsaj”ın
daimi ssenaristi olan Kris Morgan bu filmin də ssenaristi olacaq. Filmin
premyerası isə 2019-cu ilin iyul ayının 26-da olacağı deyilir.