"Forsaj"ın çəkilişində dava düşübmüş

Nəzərinizə çatdıraq ki, ötən il çəkilən “Forsaj” filminin çəkiliş meydançasında dava düşmüşdü. Dava edən tərəflər isə məşhur aktyorlar Dueyn Conson və Vin Dizel olmuşdu. Prodüserlər iki aktyoru barışdırmağa çalışsalar da, buna nail ola bilməmişdilər. Hətta bu davadan sonra Dueyn Conson “Rolling Stone” nəşrinə açıqlama verib ki, filmin 9-cu hissəsinə məni dəvət etsələr də, mən gəlməyəcəm. Bu il “Forsaj” filminin 9-cu hissəsi çəkilmək ərəfəsindədir. Deyilənə görə, Dueyn öz hirsinə qalib gələrək filmdə çəkilməyi qəbul edib. Onu da qeyd edək ki, “Forsaj” filminin 9-cu hissəsi 2019-cu ilin iyul ayının 26-da kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017