"Forsaj" filminin animasiyası çəkiləcək

Dünyaca məşhur olan “Forsaj” filmi prodüserlərin xəzinəsinə milyonlarla gəlir gətirir. Çox düşünəndən sonra prodüserlər belə qərara gəldilər ki, filmin animasiya versiyasını da çəksinlər. Artıq bir çox danışıqlar başa çatıb. Animasiya filmini çəkməyi “Dream Work Animation” şirkəti öz üzərinə götürüb. Filmin yayımını isə ”Netflix” edəcək. Yeni çəkiləcək “Forsaj” filminin animasiya versiyasının prodüserliyini Vin Dizel, Nil Moriç və Kris Morqan edəcəklər.

Dalga TV © 2017