"Forbes" jurnalına görə ən varlı aktyor

Ənənəyə sadiq qalaraq “Forbes” jurnalı ən çox pul qazanan aktyorların siyahısını dərc edib. Jurnalın yeni siyahısında birinci yerə 239 milyon dollarla Corc Kluni başçılıq edir. Siyahının ikinci pilləsində döyüş filmlərinin mahir aktyoru Dueyn Conson yer alıb. Aktyor bir il ərzinə 124 milyon dollar pul qazanıb. Jurnalın üçüncü pilləsində isə 81 milyon dollarla Robert Dauni Jr. dayanır. Digər pillələrdə Kris Hemsvort, Ceki Çan, Uill Smit və başqaları yer alıblar. 

Dalga TV © 2017