"Fantastik məxluqlar" prodüserlərin ümidlərini doğrultmadı

Bu həftə sonu kinoteatrlarda nümayiş olunan “Fantastik məxluqlar” filminin 2-ci hissəsi, filmin birinci hissəsindən az gəlir əldə etdi. Film Amerika kinoteatrlarından 62 milyon dollar gəlir gətirdi. Ötən həftəsonunun lideri “Qrinç” animasiya filmi oldu. 3-cü pillədə isə məşhur “Queen” qrupunun yaradıcısı olan Freddi Merkurinin bioqrafik filmi dayandı. “Bohem” rapsodiyası prodüserlərin xəzinəsinə daha 15 milyon dollar gəlir gətirdi.

Dalga TV © 2017