Evan Reyçel Vudun yeni filmi

Miranda Culayın rejissorluq etdiyi “Annapurna” kinoşirkətinin istehsal etdiyi yeni bir film çəkilir. Prodüserlər filmin adını açıqlamasalar da, filmdə oynayacaq aktyor və aktrisaların adları artıq məlumdur. Adı bəlli olmayan filmdə Evan Reyçel Vud, Cina Rodriqez, Riçard Cenkins kimi aktyorlar çəkilirlər. Filmin sujet xətti yaşlı Dolio adında bir qadının valideynləri ilə əlbir olaraq soyğun törətməklərindən bəhs edir. Filmin prodüserliyini məşhur aktyor Bred Pitin şirkəti olan “Plan B” edir. Filmin premyera tarixi isə hələ məlum deyil.

Dalga TV © 2017