“Ev heyvanlarının qəbiristanlığı” olacaq

Stiven Kinqin məşhur əsərlərindən biri olan və 1989-cu ildə ilk dəfə ekranlara çıxan “Ev heyvanlarının qəbiristanlığı” filmi yenidən çəkiləcək. Bu xəbəri jurnalistlərə bir neçə ay bundan öncə “Paramount” studiyasının prodüserləri demişdilər. O vaxt prodüserlər bu filmi ərsəyə gətirmək üçün rejissor axtarışında idilər. Nəhayət ki, filmə rejissor da tapıldı, çəkiliş vaxtı da açıqlandı. “Ev heyvanlarının qəbiristanlığı” filmini bu dəfə Kevin Kolş və Dennis Uidmayer lentə alacaqlar. Remeykin ssenari müəllifləri Mett Qrinberq, Devid Kayqaniçdir. Filmin prodüserliyini isə Lorenzo di Bonaventura edəcək. Çəkilişlər bu ilin may ayında Toronto şəhərində başlayacaq. “Paramount” studiyası filmi 2019-cu ilin aprel ayının 19-da kinoteatrlarda nümayiş etdirəcək.

Dalga TV © 2017