"Əsl detektiv”in 3-cü sezonu başlayacaq

Yayımlandığı ilk sezondan tamaşaçıların diqqətini cəlb edən “Əsl detektiv” serialının 3-cü sezonunun yayımlanacağı vaxta az qalıb. Serialın yeni sezonunda hadisələr Ozark adlı rayonda cərəyan edəcək. Nəzərinizə çatdıraq ki, “Əsl detektiv” serialının birinci sezonunda detektiv rollarını Vudi Harrelson və Metyu Makkonaxi oynamışdılar. Serialın 2-ci sezonunda isə detektiv obrazları Vins Von və Kolin Farrelə həvalə olunmuşdu. 2019-cu ilin yanvar ayında nümayiş olunacaq “Əsl detektiv”in 3-cü sezonunda baş rollarda Maherşala Ali və Stiven Dorff oynayacaqlar.

Dalga TV © 2017