"Əsl detektiv” serialının rejissoru məlum oldu

2014-cü ildə “HBO” kanalında yayınlanmış “Əsl detektiv” serialı tamaşaçı kütləsinin marağına səbəb olmuşdu. Əsasən də baş rol ifaçıları məşhur aktyorlar Vudi Harelson və Metyu Makkonaxi. Serialın birinci sezonunda iki detektivin dəhşətli qətil hadisəsini araşdırmalarından söhbət gedirdi. İkinci sezonda isə baş rol ifaçılarını Kolin Farel, Reyçel Makadms və Vins Von oynamışdılar. Bu serial uğur qazanandan sonra “HBO” kanalının prodüserləri belə qərara gəldilər ki, serialın 3-cü sezonunu da çəksinlər. “Yaşıl otaq” filminin rejissoru olan Ceremi Solnye işə başlamışdı ki, öz qrafiki ilə əlaqədar olaraq layihəni tərk etməli oldu. Onun yerinə “Doktor Xaus” serialının rejissoru Deniel Sakhaym gəldi. 3-cü sezonda isə baş rol ifaçıları Maherşala Ali və Stiven Dorff olacaq. Serial 2019-cu ildə nümayiş olunacaq.

Dalga TV © 2017