Elizabet Benks qorxu filmində çəkiləcək

“İdeal səs” və “Aclıq oyunları” filmlərinin aktrisası Elizabet Benks Ceyms Kaanın prodüserlik etdiyi qorxu filminə çəkiləcək. Hələki filmin ssenarisi açıqlanmayıb. Nəzərinizə çatdıraq ki, layihənin ssenari müəllifləri Ceyms Kaanın qardaşları Brayn və Mark Kaandır. Filmin rejissoru isə Devid Yaroveski olacaq.

Dalga TV © 2017