
1988-сi
ildə ekranlara çıxan baş rollarında Arnold Şvartseneggerin və Denni De Vitonun oynadığı “Əkizlər” komediyasının
2-ci hissəsinin ssenarisi başa çatıb. Bu
dəfə filmin adı “Üçəmlər“ olacaq. Bu barədə məlumatı “South by Southwest”
festivalında Arnold Şvartsenegger deyib. Aktyor onu da vurğulayıb ki, yeni
filmdə məşhur komediya ustası Eddi Merfi də rol alacaq. ”Üçəmlər”in baş rollarında dəyişməz olaraq Arnold Şvartsenegger və Denni De Vito oyanayacaqlar. Filmin
premyera tarixi isə 2019-cu ilə planlaşdırılır.