Əfsanəvi aktyorumuz dünyasını dəyişdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladov dünyasını dəyişib. 1948-ci ildə Bakıda anadan olan aktyor sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.

Aktyor, həm də bir çox kinofilmlərdə bədii obrazlar yaradıb. O, “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir” və digər filmlərdə yaddaqalan obrazları ilə insanların sevimlisinə çevrilib. Nəzərinizə çatdıraq ki, aktyor mayın 4-də axşam saatlarında vəfat edib. Fuad Poladov Xərçəng xəstəliyindən əziyyət çəkirdi. Əfsanəvi aktyorumuz bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Allah rəhmət etsin!

Dalga TV © 2017