Edqar Ramirez və Dueyn Conson tandemi

“Titanların qisası” filmində baş rolu canlandıran məşhur aktyor Edqar Ramirez “Cunqli Kruizi” adlı filmə çəkiləcək. Yayılan xəbərə görə, aktyor filmdə mənfi obrazlardan birini canlandıracaq. Filmdə Edqar Ramirezdən başqa Dueyn Conson, Emili Blant, Cek Uaytxoll və başqa məşhur aktyor və aktrisalar da oynayacaqlar. Filmin ssenari müəllifləri Patrik Makkey və “Startrek” filminin ssenari müəlliflərindən biri olan Con D. Peyndir. Filmin rejissorluğunu isə Xaume Kolyet Serra edəcək. Çəkilişlər bu ilin may ayında başlayacaq.

Dalga TV © 2017