Eddi Mörfi serialda rol alacaq

Məşhur komediya ustası Eddi Mörfi bundan sonra karyerasını seriallarda davam etdirəcək. Populyar aktyorun ilk işi “Netflix” şirkətinin istehsal edəcəyi “Mənim adım Dolemaytdır” serialı olacaq. Mörfi ilə yanaşı serialda məşhur aktyorlar Uesli Snayps, Kreyq Robinson, Mayk Epps və başqaları çəkiləcəklər. “Netflix” şirkəti “Mənim adım Dolemaytdır” serialını 2019-cu ildə nümayiş etdirməyi planlaşdırır.

Dalga TV © 2017