"Duke Nukem" oyun konsollarından sonra ekranlarda

Oyun sevənlər arasında “Duke Nukem” oyununu tanımayan tapılmaz. Beləliklə, bu layihəyə "Paramount" studiyası tərəfindən yaşıl işıq yandı. Hətta studiyanın prodüserləri məşhur Restler Con Sina ilə danışıqlara başladılar. Filmin prodüserliyini “Platinum Dunes” şirkəti Endryu Form, Maykl Bey və Bred Fuller edəcəklər. Hələki filmin istehsalının ilkin aşamasıdır. Layihəyə hələ rejissor tapılmalı, ssenaristlər cəlb olunmalıdır. Filmin kinoteatrlarda nümayişi tezliklə gözlənilmir. “Duke Nukem” sevənlər hələ bir neçə il gözləməli olacaqlar.

Dalga TV © 2017