"Duke Nukem" ekranlara çıxacaq

Uşaqların ən çox sevdiyi qəhrəmanlardan biri olan "Duke Nukem" ekranlarda nümayiş olunacaq. Nəzərinizə çatdıraq ki, "Duke Nukem" oyun konsollarının ən çox satılan oyunlarından hesab olunur. Son zamanlar prodüserlər oyun qəhrəmanları haqqında filmlər çəkməyə üstünlük verirlər. "Duke Nukem" də onlardan biridir. Beləliklə, "Duke Nukem" rolunu məşhur döyüş ustası Con Sina oynayacaq. Filmin ssenarisi tam hazır olmasa da, amma aktyor heyəti yavaş-yavaş yığılır. Filmin premyera tarixi isə yaxın aylarda məlum olacaq.

Dalga TV © 2017