Dueyn Conson Robert Zemekisin filmində

“Göydələn“, “Cumanci“, “Rempeyc” və s. filmlərin baş qəhrəmanı olan idmançı aktyor Dueyn Consonun növbəti layihəsinin adı məlum olub. Dueyn rejissorluğunu Robert Zemekisin edəcəyi “Kral“ filmində baş rolda oynayacaq. Aktyor filmdə Kamehameha adlı Havay kralını canlandıracaq. Filmin ssenarisini “Perl Harbor”, “Cəsur ürək “ filmlərindən tanıdığımız Rendall Uolles yazacaq. Hazırda Dueyn Conson “Cəngəlliklər kruizi” adlı filmə çəkilir. Nəzərinizə çatdıraq ki, “Kral” filminin çəkilişləri 2020-ci ildə başlayacaq.

Dalga TV © 2017