Devid Harbor Kris Hemsvortla "Dakka" filmində rol alacaq

“Çox qəribə işlər” serialının baş rol ifaçılarından biri olan Devid Harbor, məşhur aktyor Kris Hemsvortla “Netflix” şirkətinin istehsal edəcəyi “Dakka” adlı ekşn filmində rol alacaq. “Dakka” filminin ssenari müəllifi “Qisasçılar” filmindən tanıdığımız Co Russo olacaq. Filmin rejissorluq kürsüsündə isə Sem Harqreyv əyləşəcək. “Dakka” filminin çəkiliş və premyera tarixi hələ ki məlum deyil.

Dalga TV © 2017