Denni Boyldan yeni film gəlir

Son zamanlar musiqili filmlər tamaşaçıların daha çox marağına səbəb olur desək yalan olmaz. “Oskar” mükafatı qazanmış ən populyar rejissorlardan biri Denni Boyl da musiqili film lentə alıb. Denni Boylun lentə aldığı filmdə, şəhərdə yaşayan gəncin sevdiyi işindən ayrılaraq dünya miqyaslı musiqiçi olmaq üçün əlindən gələni etməsindən söhbət gedir. Filmin ssenarisi üzərində Riçard Körtis işləyib, baş rollarında isə Ed Şiran, Keyt Makkinnon, Kamil Çen və başqaları oynayıblar. Film sentyabr ayının 19-dan etibarən kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017