
Çoxdan
gözlənilən filmlərdən biri olan “Deadpool” kinoteatrlarda uğurlu həftəsonu keçirib. Film elə birinci həftədən prodüserlərin
xəzinəsinə 125 milyon dollar pul qoymağı
bacarıb. Nəzərinizə çatdıraq ki, “R” reytinqi ilə belə uğurlu gəlir gətirmək hər
filmə qismət olmur. Filmin baş rolunda Rayan Reynolds, rejissorluq kürsüsündə
isə Devid Litç əyləşib. Deyilənlərə inansaq, prodüserlər bu uğuru gördükdən
sonra filmin 3-cü hissəsi barədə düşünməyə başlayıblar.