
Məşhur
aktyor və rejissor Corc Kluni növbəti rejissorluq edəcəyi layihə haqqında bəzi
məlumatlar verib. Aktyorun dediyinə görə, onun layihəsi “Exo” adlanır. Hazırda
Corc Kluni yeni filminin çəkilişləri ilə bağlı “Fox” studiyası ilə danışıqlar
aparır. “Exo” filminin ssenarisi üzərində Kristofer Makbrayd işləyir. Yeni
layihənin prodüserliyini isə Şon Levi, Den Livayn, Den Koen edəcək.