Conni Deppin başı bəlalardan açılmır

Məşhur aktyor Conni Depp, deyəsən, karyerasının sonuna kimi məhkəmələrdə tez-tez görünəcək. Bu dəfə aktyoru məhkəməyə verən şəxs onun çəkildiyi filmin meneceri Qreq Bruksdur. Bruksun dediyinə görə, o, tapşırılan işləri vaxtında görmək üçün Conni Deppdən çəkilişləri vaxtında bitirməsini tələb edib. Bu tələb qarşısında Conni meneceri təhqir etməklə qalmayaraq, yumruq ilə onun sinəsinə bir neçə dəfə zərbə endirib. Bundan sonra menecer aktyoru məhkəməyə verib. Deyilənə görə, Conni Depp çəkiliş vaxtı içkili vəziyyətdə olub.

Dalga TV © 2017