Conni Deppin başı bəlada

“Karib dənizinin quldurları”, “Villi Vonkanın şokolad fabriki” filmlərinin unudulmaz aktyoru, musiqiçi, prodüser Conni Deppin başı qalmaqaldadır. Aktyor vaxtı ilə bir neçə dəfə müəyyən səbəblərə görə məhkəmələrə müraciət edib. Amma bu dəfə onun özünü keçmiş qorumaları məhkəməyə veriblər. Qorumaların dediklərinə görə, aktyor onların əmək haqlarının yarısından çoxunu ödəməmiş işdən azad edib. İrəli sürülən iddialardan bir neçəsi də bundan ibarətdir ki, aktyor keçmiş qorumalarına qeyri-leqal preparatları gizlin gətirməyi əmr verirmiş. Keçmiş qorumalar onu da vurğulayıblar ki, bir gün gecə şənliklərin birinə qatılan Conni Depp və onun komandası şənlikdən çıxanda özlərini çox aqressiv aparırmışlar. Hətta qorumalar aktyorun özünə zərər yetirməsindən belə qorxublar. Onlar məhkəməyə müraciətlərində bildiriblər ki, aktyor narkotik vasitələrin təsiri altında olan zaman qorumalar Conninin uşaqlarına baxırdılar. Artıq qorumalar əmək haqlarının ödənilməsini tələb ediblər. Aktyor bu hadisə ilə bağlı hələki susqunluğunu qoruyub saxlayır. Bu məhkəmə prosesinin necə sonlanacağını yəqin ki, yaxın aylarda biləcəyik. 

Dalga TV © 2017