Conni Depp "Labirint"də

Qeyri-adi görünüşü və rollarının fərqlilikləri ilə fanat ordusu toplayan Conni Deppin yeni filmi işıq üzü görəcək. Filmin adı “Labirint”dir. Filmdə Conni Depplə yanaşı kifayət qədər sevilən aktyorlardan biri Forest Uitakerdə çəkilib. “Labirint”də məşhur repçi Tupak Şakur və Biqii Smollzun qətlindən söhbət gedir. Filmin ssenarisini o vaxt qətli işıqlandıran jurnalist Rendell Sallivan yazıb. Rejissorluq kürsüsündə isə “Vəkil üçün Linkoln” filmindən tanıdığımız Bred Furman əyləşib.

Dalga TV © 2017