"Con Uik"də yeni aktyorlar

Döyüş filmlərinin ən məşhuru deyəndə ağıla “Con Uik” filmi gəlir. Filmin hər iki seriyasında baş rolda populyar aktyor Kianu Rivz oynayıb. Hazırda filmin 3-cü hissəsi çəkilir. Filmin çəkilişləri sürətlə davam etsə də, hələ də filmə yeni obrazlar əlavə olunur. Hazırda filmdə kifayət qədər məşhurlar rol alıblar. Məsələn: Yen Makşeyn, Rubi Rouz, Con Lequziamo, Lourens Fişbörn, Mark Dakaskos və s. Filmin rejissorluq kürsüsündə Çed Staxelski əyləşib. Film 2019-cu ilin may ayının 17-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017