Con Sinanın yeni filmi

Məşhur döyüşçü və aktyor Con Sina Ceki Çanla birgə “Eks Bağdad” filminə çəkiləcək. Deyilənə görə, Con Sinadan öncə filmdə Silvestr Stallone rol almalı idi. Stallonenin filmdə çəkilməməyinin səbəbi onun “Rembo“ və “Qarşısıalınmazlar 4” filmlərinə çəkilməsidir. “Eks Bağdad” filminin rejissorluq kürsüsündə “Sürət yanğısı“ filmindən tanıdığımız Skott Vo əyləşib. Filmin ssenarisi üzərində isə Araş Amel işləyib. “Eks Bağdad” filminin premyera tarixi hələki məlum deyil.

Dalga TV © 2017