Con Sina "İntiharçılar dəstəsi"ndə rol alacaq

Dünyaca məşhur idmançılardan biri olan Con Sina, hazırda populyar studiya olan “Paramount” ilə danışıqlar aparır. Bir neçə gün bundan öncə studiyanın prodüserləri Con Sinaya yeni lentə alınacaq “İntiharçılar dəstəsi” adlı filmdə rol almağı təklif ediblər. Yeni çəkiləcək filmdə Sinaya hansı rolun təklif olunduğu hələ ki sirr olaraq qalır. “İntiharçılar dəstəsi”nin növbəti seriyasının premyerası 2021-ci ilin iyul ayının 6-da olacağı gözlənilir.

Dalga TV © 2017