Con Sina filmdə yerini möhkəmlədir

Ceyson Born haqqında romanlar yazan məşhur yazıçı Robert Ladlemin daha bir romanı əsasında film çəkiləcək. Filmin adı “Direktor Censon” olacaq. Yeni çəkiləcək filmin prodüserliyini son zamanların ən uğurlu aktyorlarından olan Dueyn Conson edəcək. Filmin baş rolu məşhur döyüş ustası Con Sinaya təklif olunub. İdmançı bu təklifi məmnuniyyətlə qəbul edərək filmin çəkilişlərinə başlayıb. Filmin ssenari müəllifi isə “Ağ evə hücum“ filmindən tanıdığımız Ceyms Vanderbiltdir. Prodüserlərin dediyinə inansaq, bu film uğurlu olacağı təqdirdə daha iki film də lentə alınacaq.

Dalga TV © 2017