Con Karpenter yeni filmin bəstəkarı olacaq

Con Karpenterin adı gələndə “Orkestr insan” ləqəbi yada düşür. Çünki bu insan həm rejissordu, həm ssenaritsdir, həm prodüserdir, həm də bəstəkardır. 1978-ci ildən kinoteatrlarda insanları qorxuya salan ”Hellouin” filminin yeni seriyası çəkilir. Yeni “Hellouin”in rejissorluq kürsüsündə Devid Qordon Qrin əyləşib. Filmin prodüserliyini isə Ceyson Blum edəcək. Karpenter bir çox filmlərə musiqi bəstələyib. Onun ən məşhur bəstəsi isə 1978-ci ildə işıq üzü görən “Hellouin” filmində baş rolu canlandıran Maykl Mayersin musiqisidir. Nəzərinizə çatdıraq ki, “Hellouin” filmi bu ilin oktyabr ayının 19-da işıq üzü görəcək.

Dalga TV © 2017