Codi Fosterin yeni filmi

Tamaşaçılar tərəfindən gözlənilən film olan “Artemis oteli” iyul ayının 26-da kinoteatrlarda nümayiş olunacaq. Döyüş və triller janrını özündə birləşdirən filmin rejissorluğunu “Dəmir adam 3” və başqa filmlərdən tanıdığımız Dryu Pirs edib. Filmin baş rollarında isə ekranlarda xeyli müddət görünməyən aktrisa Codi Foster, “Milçək” filmindən tanıdığımız Ceff Qoldblyum və başqa aktyorlar oynayıblar. Filmdə Los-Anceles şəhərində xəstəxanaların birində işləyən tibb bacısının başına gələn təhlükəli hadisələrdən söhbət gedir.

Dalga TV © 2017