Cim Carmuşun zombi layihəsi

“Qəhvə və siqaretlər”, “Qırılmış çiçəklər” filmlərinin məşhur rejissoru Cim Carmuş hər zaman lentə aldığı qeyri-adi filmlərindən kənara çıxaraq, zombi layihəsinə imza atdı. Filmin çəkilişləri ötən həftə start götürdü. Carmuşun yeni çəkilən filminin adı “Ölülər heç vaxt ölmür”dür. Filmdə kifayət qədər populyar aktyor və aktrisalar rol alıblar. Onların arasında Adam Drayver, Bill Mürrey, Selena Qomez, Xloya Sevinyi, Deniel Kreyq və başqaları var. Filmin süjet xətti isə gizli saxlanılır.

Dalga TV © 2017