Christopher Nolan-ın “Dunkirk” filminin arxiv videoları

“Dunkirk” filminə başlamadan öncə Christopher Nolan bu hadisə ilə bağlı arxivlərdə əməlli-başlı axtarışlar aparıb. Tituan Roper adlı bloger Christopher Nolan-ın “Dunkirk” filmi ilə arxiv videolarını birləşdirərək real həyatda bu hadisələrin necə olduğunu ictimaiyyətə nümayiş etdirib. Video həqiqətən də möhtəşəm alınıb.

Yeri gəlmişkən, Tituan Roper “Lars Fon Trier “ fanatıdır. O, bir neçə il öncə  “Lars Fon Trier”i Andrey Tarkovsky ilə müqayisə edərək bildirib ki, bu iki insanın bir-birindən heç bir fərqi yoxdur, ikisi də dahidirlər.

Hazırda “Dunkirk” filmi "Oskar"a ən real namizədlərdən biridir və bəlkə də, 2018-ci ildə Christopher Nolan "Ən yaxşı rejissor" nominasiyası üzrə "Oskar"a layiq görüləcək. "Okcar" mükafatı gecəsi 2018-ci il mart ayının 4-də Los Ancelesdə keçiriləcək.

"Dunkirk" filminin arxiv videoları:


Dalga TV © 2017