Ceyson Stethem nəhəng akula ilə mübarizə aparacaq

Stiv Eltenin məşhur romanı əsasında çəkilən “Meq” filminə döyüş filmlərindən tanıdığımız Ceyson Stethem çəkilir. Filmdə okenoqrafların nəhəng akula ilə mübarizəsindən söhbət gedir. Bu mübarizədə qalib gələ bilməyəcəklərini görən elm adamları köməyə Conas Teyloru çağırırlar. Filmdəki bütün macəralar da elə bundan sonra başlayır. Ssenarini “Robokop” filmindən tanıdığımız Ceyms Vanderbilt yazıb. Filmin rejissorluğu isə Con Turteltauba aiddir. Filmdəki digər rollarda Li Binbin, Robert Teylor, Klif Kertis və başqaları oynayıblar. Film bu ilin avqust ayının 9-da kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017