Ceyms Makevoy qorxu filminə çəkiləcək?

“New Line“ studiyası 2017-ci ilin ən uğurlu qorxu filmi olan “O” filminin 2-ci hissəsini lentə almaq üçün Andres Musketti ilə danışıqlara başlayıb. Demək olar ki, filmin ssenarisi hazırdı. Hətta studiya çəkilişə start verəcəyi vaxtı da müəyyənləşdirib. “O“ filminin 2-ci hissəsində bir çox məşhur aktyor və aktrisalar rol alacaqlar. Onların arasında “Split” və başqa filmlərdən tanıdığımız Ceyms Makevoy da olacaq. Makevoydan başqa filmdə Bill Xeyder, Cessika Çesteyn, Bill Skarqard kimi aktyorlar da oynayacaqlar. Filmin çəkilişinə bu yay start veriləcək. Premyera tarixi isə hələki açıqlanmır.

Dalga TV © 2017