
Bir
çox tamaşaçıların sevimli aktyoru olan Ceyms Franko yeni bir film lentə alır. Filmdə
gənc şahzadə və onun Eş adlı robotundan söhbət gedəcək. Onlar dünya dağılandan
sonra həyatda qalmaq üçün əllərindən gələni edəcəklər. Filmin baş rolunda elə Ceyms
Franko özü oynayacaq. Onun tərəf müqabilləri isə Milla Yovoviç, Lyusi Lyu, Snup
Doqq və başqaları olacaqlar. Filmin adı “Gələcəyin dünyası”dır.