Ceymi Foks qorxu filmlərində rol alacaq?

“That Hashtag Show” şirkətinin yaydığı məlumata görə, məşhur aktyor Ceymi Foksa “Spaun” rolu təklif olunub. Hətta belə bir məlumat da var ki, film “R” reytinqi ilə işıq üzü görəcək. Yeni çəkiləcək filmin ssenari müəllifi, prodüseri və rejissoru "Spaun" obrazının yaradıcısı Todd Makfarleyn olacaq. Nəzərinizə çatdıraq ki, aktyor 2013-cü ildə verdiyi müsahibələrin birində demişdi: "Mən böyük məmnuniyyətlə "Spaun" rolunu oynayaram". Deyilənə görə, filmin ssenarisi biraz “Çənələr” filminin ssenarisini xatırladır. Əgər prodüserlər aktyorla razılığa gəlsələr, filmin çəkilişləri bu ilin avqust ayında başlayacaq.

Dalga TV © 2017