Cessika Çesteyn "X adamlar"da

“X adamlar” filmlərinin tamaşaçılarına daha bir xəbər var. Məşhur aktrisa Cessika Çesteyn “X adamlar: Tünd feniks” filmində baş rollardan birinə çəkiləcək. Nəzərinizə çatdıraq ki, yeni çəkilən “X adamlar” filminin rejissoru Saymon Kinberqdir. Filmin prodüserləri tamaşaçılara açıqlama verərək bildiriblər ki, yeni çəkilməkdə olan “Tünd feniks” digər “X adamlar”dan həm süjet xəttinə görə, həm də filmdə istifadə olunan macəra səhnələrinin bolluğuna görə xeyli fərqlənəcək. Filmin premyerası isə 2019-cu ilin fevral ayının 14-də olacaq.

Dalga TV © 2017