Cessika Alba "Pis oğlanlar"da

1995-ci ildə Maykl Beyin rejissorluq etdiyi və baş rollarını Uill Smit və Martin Lourensin oynadığı “Pis oğlanlar” döyüş komediyasını yəqin ki, bir çoxlarınız xatırlayırsınız. O film artıq serial olacaq. Özü də baş rollarda tanınmış aktrisa Cessika Alba və Qabriel Yunion oynayacaqlar. Serialın prodüserləri Cerri Burkxaymer və Daq Belqrad, rejissoru isə “Fors Major” filmindən tanıdığımız Anton Kropper olacaq. Serialın premyera tarixi isə hələki məlum deyil.

Dalga TV © 2017