Ceremi Ayrons qoruyucu olacaq

“Oskar” mükafatı qazanmış peşəkar aktyor Ceremi Ayrons “HBO” kanalının sifarişi ilə “Qoruyucular” serialında çəkiləcək. Alan Mur və Deyv Gibbonsun komiksləri əsasında çəkiləcək serialı gözləyən kifayət qədər komiks sevər var. Serialda Ceremi Ayronsdan əlavə Don Conson, Regina Kinq, Endryu Hovard kimi məşhur aktyorlar da rol alacaqlar. Serialın nümayiş olunma vaxtı isə hələki məlum deyil.

Dalga TV © 2017